Ölkə futbolu

Miçel Madera: “… bu mərhələni keçəcəyik”

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim. Rəqib komanda şəklində oynayır”.

İdmanxeber.com-un məlumatına bu sözləri “Qarabağ”ın futbolçusu Miçel deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah “Kopenhagen”in qonağı olacaq.

Qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Miçel də iştirak edib. İspaniyalı yarımmüdafiəçi “Kopenhagen”in çətin rəqib olduğunu, bununla belə sabahkı matçda yaxşı nəticəyə imza atmağa çalışacaqlarını bildirib: “Rəqibimiz olduqca güclüdü və Çempionlar Liqasında yetərincə təcrübəsi var. Təbii ki, sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaqlar. Amma biz inanırıq ki, sərfəli nəticə qazanıb, bu mərhələni keçəcəyik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43