Dünya futbolu

“Milan” baş məşqçisi ilə yolları ayırır?

“Milan” baş məşqçi Stefano Pioli ilə yolları ayırmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Bildirilir ki, derbi məğlubiyyətinin ardından rəhbərlik təcrübəli mütəxəssisi göndərməyi müzakirə edir.

Daha öncə 57 yaşlı çalışdırıcıdan komandanın Çempionlar Liqasına vəsiqə qazanması tələb edilib. Ancaq “Milan”ın hazırkı çıxışının ürək açan olmadığı və vəziyyət belə davam edərsə, onunla yolların ayrılacağı bildirilib.

Komanda ardıcıl 4 oyundur məğlub olur. Hazırda turni cədvilində 6-cı pillədə qərarlaşan “Milan” fevralın 10-da  “Torino” ilə, 14-də isə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Tottenhem”lə oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43