Dünya futbolu

“Roma”nın futbolçusu “Qalatasaray”da

“Roma”nın futbolçusu Nikola Zaniola karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı futbolçu “Qalatasaray”la anlaşıb. 23 yaşlı oyunçunun bu gün İstanbula gələcəyi bildirilib.

“Qalatasaray” Zaniolayla 4.5 illik müqavilə imzalayacaq. “Sarı-qırmızılar” italiyalıya illik 3,5 milyon avro maaş ödəyəcək.

İstanbul təmsilçisinin Nikolanın qarşılığında “Roma”ya 15 milyon avro təzminat ödəyəcəyi də vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43