Dünya futbolu

“Milan” fransalı hücumçu ilə anlaşdı

“Milan” hücumçusu Olivie Jiru ilə razılığa gəldi.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik təcrübəli forvardla daha bir il çalışmaq niyyətindədir. 36 yaşlı futbolçu bir il də “Milan”nın şərəfini qoruyacaq.

Jiru A Seriyası klubunda illik 3,5 milyon avro qazanacaq. Mənbə fransalı ilə “Everton” klubun da maraqlandığını bildirib.

O, “Milan” forması ilə 36 oyunda 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43