15 İyun 2026
Dünya futbolu

“Milan” xorvatiyalı futbolçu transfer edir

“Milan” hücum xəttini gücləndirmək üçün “Dinamo”nun forvardı Sandro Kulenoviçi transfer etmək istəyir.

İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü xorvat futbolçu da İtaliyaya keçidə müsbət yanaşır.

Kulenoviçin “Dinamo” ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. O, Xorvatiya çempionatında 12 turdan sonra 6 qolla komandasının bombardiridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43