05 İyul 2026
Dünya futbolu

“Milan” yeni transferini açıqladı

“Milan” yay transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, A Seriyası klubu İsveçrə U-21 yığmasının üzvü Zakari Atekameni “Yanq Boys”dan transfer edib. 20 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik sözləşmə imzalanıb.

Gənc futbolçu geridə qalan mövsümdə “Yanq Boys”un heyətində 43 oyuna çıxaraq 1 dəfə fərqlənib və 3 asist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43