“Milan”ın futbolçusu Yasin Adli Səudiyyə Ərəbistanına yollana bilər.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə bu ölkədən bir klub maraqlanır və vasitəçilər danışıqlar aparır.
Adli 2021-ci ildən “Milan”da çıxış edir, 39 oyunda 1 qol və 2 asistlə yadda qalıb.

