Ölkə futbolu

Milinko Pantiç: “Qarabağ” oyunun favoritidir”

Biz öz oyunumuzu göstərəcəyik. Qarşılaşmaya çox ciddi hazırlaşdığımızı deməliyəm”. Bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı çalışdırıcı “Qarabağ”la matçöncəsi çalışdığı klubun rəsmi saytına fikirlərini açıqlayıb. O, Ağdam təmsilçisinin oyunda favorit olduğunu danmayıb: “Qarabağ” köklü komanda olmaqla xüsusi çəkiyə malikdir. Rəqib komandanın futbolçuları xeyli vaxtdır ki, bir-birinə uyğunlaşıb. Bununla belə, biz məşqçilər, futbolçular, ümumilikdə, bir komanda olaraq “Qarabağ”dan 3 xal qoparmağa çalışacağıq. Onlar güclü olmaqla favoritdirlər. Amma bu, o demək deyil ki, rəqib qələbə qazanmalıdır. Oyunda 100 yox, 150 faiz güclü çıxış edəcəyik ki, qalib gələk. Başqa qüvvələrdən yox, aparıcı futbolçulardan istifadə etməklə, yaxşı oyun sərgiləmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” – “Bakı” oyunu sabah 20:00-da keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43