Dünya futbolu

Millətlər Liqası: İspaniya İtaliyanı məğlub etdi – Video

UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.

Yarımfinalın ilk oyunu İtaliya ilə İspaniya arasında olub.  “San Siro”da keçirilən matçda 2:1 hesabı ilə qalib gələn İspaniya həlledici oyuna vəsiqə qazanıb.

İkinci dəfə təşkil olunan “Dördlər final”ının ilk qalibi Portuqaliya millisi olub.

Millətlər Liqası
Dördlər finalı

6 oktyabr

22:45. İtaliya – İspaniya – 1:2
Qollar: F.Torres, 17, 45+2 – Pelleqrini, 83
Qırmızı vərəqə: Bonuççi (İtaliya)

Milan, “San-Siro” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43