Kateqoriyasız

Milli üzvü Bundesliqa klubu ilə müqavilə yenilədi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubu ilə müqavilə yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı hücumçu komandası 3-cü liqaya yuvarlansa da, kluba sadiqlik göstərib. O, komandanın ona təklif etdiyi yeni müqaviləyə “hə” deyib.

Müqavilənin detalları barəsində heç bir açıqlama verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43