Ölkə futbolu

Milliləşdirilən nigeriyalı “Neftçi”yə belə “iliş”di – FOTO

Premyer Liqanın 21-ci turunda "Bakı" və "Neftçi" komandaları üz-üzə gələcək.

Oyunöncəsi "Bakı"nın sabiq futbolçusu Əhməd Ticani maraqli bir foto sosial şəbəkədə paylaşıb. Hazırda I divizionda "Şuşa" klubunun formasını geyinən Ticani vaxtilə "Neftçi" ilə oyunda het-trik etdiyi matçı yada salıb.

Xatırladaq ki, həmin oyun 5:1 hesabı ilə "Bakı"nın xeyrinə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43