Kateqoriyasız

Millimiz B qrupunda: Rəqiblər bəlli oldu

Qazaxıstan ənənəvi olaraq təşkil olunan “Prezident kuboku”nda iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət yığmamızın rəqibləri müəyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ramin Quliyevin başçılıq etdiyi komanda B qrupunda Qazaxıstanın U-17 və Qırğızıstanın U-16 yığmaları ilə mübarizə aparacaq.Qeyd edək ki, turnir 23-29 avqust tarixlərində Talqar şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43