04 İyul 2026
İdman

Millimiz Danimarkanı məğlub etdi

Qızlardan ibarət basketbol üzrə U-18 millimiz Avropa çempionatı B divizionunda 9-16-cı yerlər uğrunda ilk oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, millimiz gərgin mübarizə şəraitində keçmiş oyunun yekununda Danimarka yığmasına 75:72 hesabı ilə qalib gəlib.

Avropa çempionatında yoluna davam edən qızlarımızın növbəti rəqibi Slovakiya seçməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43