Milli komanda

Millimiz İrlandiyada çökdü

İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, komandamız irlandiyalı həmyaşıdları ilə qarşılaşıb.

Yığmamız bu görüşdə rəqibinə heç bir müqavimət göstərə bilməyib – 6:0.

25 fevral

Yoxlama oyunu

23:00. İrlandiya (U-19) – Azərbaycan (U-19) – 6:0

Qollar: Dessie Hutchinson, 17 (1:0), Cimi MakQrat, 38, 47 (3:0), Rayan Manninq, 67, 74 (5:0), Cək Hallahan, 77 (6:0)  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43