Bakıda çimərlik futbolu üzrə DÇ-2023-ün Avropa zonasının seçmə mərhələ matçları keçirilir.
İdmanxeber.az xəbər verir ki, A qrupunda sonuncu yeri tutan Azərbaycan millisi bu gün 13-16-cı yerlər uğrunda görüş keçirəcək.
Yığmamız Litva ilə qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olub.

