08 İyul 2026
Ölkə futbolu

Millimiz Moldovaya ikinci dəfə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

İdmanxeber.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan (U-16) – Moldova (U-16) – 2:1

Qollar: Şikar Şikar, 58; Ömər Kosayev, 89 – Damian Xanqan, 69

Qırmızı vərəqə: David Ostafi, 82


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43