14 İyul 2026
Dünya futbolu

“Fənərbağça” millinin hücumçusunu alır

“Fənərbağça” hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi “Əl-Nəsr”də çıxış edən Con Duranla maraqlanır. Rəhbərlik kolumbiyalı futbolçu ilə danışıqlara başlayıb.

Türkiyə klubu 21 yaşlı hücumçuya maaş və icarə haqqı birlikdə 16 milyon avro ödəməyə hazırdır.

Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 18 oyunda 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43