Kateqoriyasız

Millimiz yenə darmadağın oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, milli Latviyada keçirən oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Latviyaya 0:4 hesabıyla uduzub.

26 oktyabr

Avropa çempionatı
Seçə mərhələ, II tur

14:00 Azərbaycan – Slovakiya – 0:5
Hakimlər:
 Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)

Salaspils. Salaspils BSS stadium


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43