Dünyadan

Millimizin AVRO-2016-dakı 5 rəqibindən üçü: biri uddu, biri uduzdu, biri isə sülhə razılaşdı

Dünyanın yaşıl meydanlarında milli komandaların yoxlama görüşləri keçirilir.

İdmanxeber.com-un məlumatına görə, AVRO-2016-da millimizlə eynqi qrupda mübarizə aparacaq 5 komandadan 3-ü artıq oyunlarını keçirib.

Belə ki, Bolqarıstan millisi Belarusu çətinliklə məğlub edibsə, Malta Albaniyaya səfərdə iki cavabsız qolla məğlub olub. Qrupumuzun digər komandası Norveç isə Çexiya ilə səfərdə sülhə razılaşıb. 

Milli komandamızın qrupunda yer alan iki iddialı komanda – Xorvatiya və İyaliyanın oyunları hal-hazırda davam edir.

19:45. Bolqarıstan – Belarus – 2:1

Qollar: Milanov, 15, Qadjev, 66, Krivets, 86

21:00. Albaniya – Malta – 2:0

Qollar: Başa, 26, Meha, 53

21:30. Çexiya – Norveç – 2:2

Qollar: Rosiçki, 11, Elyounoussi, 21, Vudro, 39, Pedersen, 88


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43