Finlandiyanın HİK klubundan ayrılan Ozan Can Kökcü karyerasını Niderlandda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu “Volendam”la razılığa gəlib. Bu barədə klub rəsmi açıqlama yayıb.
Niderlandın yüksək liqasına vəsiqə qazanan komanda azərbaycanlı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.

