15 İyun 2026
Ölkə futbolu

Azərbaycan milli komandası təlim-məşq toplanışına başladı

Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

İdmanxeber.az xəbər verir ki, A millimiz bu gün Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb. Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43