Kateqoriyasız

Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı forvard ölkə çempionatının 6-cı turunda fərqlənməyi bacarıb.

“Braqa” ilə səfər matçının 79-cu dəqiqəsinda meydana daxil olan Renat 7 dəqiqə sonra “Tondela”nın matçdakı yeganə qolunun müəllifi olub.

Görüş “Tondela”nın məğlubiyyəti ilə nəticələnib – 1:3.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43