Ölkə futbolu

Millimizin oyunu canlı yayımda

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsində keçiriləcək Azərbaycan – İsrail oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç “CBC Sport” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki,  “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələ oyunu

V qrup

20:00. Azərbaycan U-21 – İsrail U-21
Hakimlər:
 Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)
“Dalğa Arena”

1. Almaniya U21 7 5 1 1 23:6 16
2. İrlandiya U21 6 4 1 1 10:3 13
3. Kosovo U21 8 3 2 3 8:8 11
4. Norveç U21 7 3 2 2 10:9 11
5. İsrail U21 7 2 1 4 10:16 7
6. Azərbaycan U21 7 0 1 6 3:22 1

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43