Azərbaycan milli komandası yoxlama görüşü çərçivəsində Özbəkistan ilə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, avqustun 20-də baş tutacaq oyunu azarkeşlər canlı yayımla izləyə biləcəklər.
“Bakcell Arena”da keçiriləcək yoldaşlıq oyunu “İdman Azərbaycan” kanalı vasitəsi ilə futbolsevərlərə canlı olaraq yayımlanacaq.