Kateqoriyasız

Millimizin rəqibləri bu gün müəyyənləşəcək

Final mərhələsi 2016-cı ilin 2 – 13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin bu gün İsveçrənin Nyon şəhərində püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Bakı vaxtı ilə 17:00-da başlayacaq tədbirdə AFFA-nın əməkdaşı Asim Xudiyev iştirak edəcək. Azərbaycan milli komandası mübarizəyə əsas seçmə mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları 2015-ci il martın 17-dən 22-dək olan müddətdə keçiriləcək. Azərbaycan milli komandasının mübarizə aparacağı qrupun oyunları Bakıda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43