UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq “Sabah” hazırda Belqraddadır.
İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunun prezidenti Maqsud Adıgözəlov Belqradda Azərbaycan millisinin keçmiş üzvü Branimir Subaşiçlə görüşüb.
Sabiq hücumçuya “Sabah”ın 10 nömrəli forması hədiyyə edilib. Subaşiç görüş zamanı təmsilçimizə bugünkü oyunda uğurlar arzulayıb.


