Almaniyada İkinci Bundesliqanın 27-ci turunun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı səfərdə lider “Qröyter”lə qarşılaşıb. Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Millimizin futbolçusu bu oyunda 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, “Fortuna” 33 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.