05 İyun 2026
Ölkə futbolu

Millimizin üzvü bu qərarla razılaşmır – Narazılığını gizlətmədi

Azərbaycan U-21 millisinin heyətində Şotlandiyaya qarşı yaxşı oyun keçirən Xəyal Əliyev matçın sonunda qırmızı vərəqə aldı. Bununla da “Sabah”ın futbolçusu yığmanın qarşıdakı görüşlərini buraxmalı olacaq.

Əldə etdiyimiz məlumata görə, Xəyal əsas millidə oynamağı hədəfləyir.  Futbolçu U-21 millisində çıxış etməyə müsbət yanaşmır.

“Sabah”ın oyunçusu gənclərlə birgə çıxış etməkdən məmnun deyil. O, əsas millidə forma geyinmək istəyir.

Daha öncə A milliyə dəvət alan Xəyal Əliyev Ayxan Abbasov gəldikdən sonra U-21 yığmasına çağırılır.

Futbolçu da bu qərardan narazıdır. O, özünü U-21-ə yox, əsas milliyə layiq görür.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43