İdman

Millinin baş məşqçisi istefa verdi

Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Borodyuk istefa verib.

Idmanxeber.com-un məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.

2017-ci ildə  Borodyukun rəhbərliyi altında 7 oyun keçirən Qazaxıstan millisi 6 dəfə uduzub və bir heç-heçə edib.

Qeyd edək ki, rusiyalı mütəxəssis ötən ilin fevral ayından Qazaxıstan millisini çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43