İdman

Azərbaycan – Kosova matçı hansı stadionda oynanılacaq? – FOTO

Antalyada təlim-məşq toplanışı çərçivəsində millimizin Kosova yığması ilə yoxlama matçı keçiriəcəyi haqda xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın hansı stadiona reallaşacağı artıq məlumdu. Fevralın 2-si baş tutacaq görüş “Mardan” stadionunda oynanılacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da çalınacaq.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Moldova yığması ilə də “Mardan” stadionunda üz-üzə gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43