İdman

“Səbail” daha bir futbolçu ilə vidalaşdı – RƏSMİ

Azərbaycan Premyer Liqasının debütantı “Səbail” daha bir futbolçu ilə yollarını ayırıb. 

İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, müdafiəçi Murad Musayevin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.  “Səbail” futbol klubu Murad Musayeva gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Musayev “Səbail”ə 2017-ci ilin yayında “Qəbələ”dən transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43