29 İyun 2026
Dünya futbolu

Millinin sabiq hücumçusu vəfat etdi

Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibasiç dünyasını dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, onun ölümünə onkoloji xəstəlik səbəb olub. O, əməliyyatdan sonra ölkəsinin “Buduçnost” klubunda idman direktoru kimi çalışsa da, xəstəlik yenidən baş qaldırıb.

Andriya Delibasiç “Partizan”la Serbiya çempionu, “Benfika” ilə Portuqaliya çempionu olub.

O, Monteneqro yığmasında 21 oyunda 6 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43