Dünya futbolu

Millinin üzvü karyerasını bitirdi

Rusiya millisinin futbolçusu karyerasını bitirib.

İdmanxeber.com-un məlumatına görə, söhbət 35 yaşlı oyunçu Roman Şirokovdan gedir.

Son olaraq ÇSKA-da çıxış edən yarımmüdafiəçi 2008-ci ildən bəri millinin formasını tərlədib.

Bundan başqa, Şirokov "Zenit", "İstra", "Rubin", "Torpedo ZİL" komandalarında top qovub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43