Ölkə futbolu

Mladen Mlinkoviç: “Bütün futbolçular burada oynamaqdan həzz alır”

Topaz Premyer Liqasının IV turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun gününün ilk oyununda “Qəbələ” komandası doğma meydanda “Keşlə”ni qəbul edib. Qarşılaşmanın ardından qonaq komandanın baş məşqçisi Mladen Mlinkoviç oyun barəsində fikirlərini bölüşüb:

“Çox yaxşı oyun oldu. Oyunda yaxşı temp var idi. Hər iki komanda qələbəyə layiq oynadı. İlk hissədə istədiyimiz kimi oynaya bildik. Təəssüf ki, müəyyən şanslardan istifadə edə bilmədik. Bu oyun yalnız bizim üçün yox, rəqib üçün də çox vacib idi. Məncə “Qəbələ” ilk hissədə çox da təhlükəli epizodlar yaratmadı. İkinci hissə də isə qapıçımız yaxşı oynadı. Oyunun qırılma anı Amil Yunanovun qaçırtdığı epizod idi. Əgər o, hesabı iki sıfır etsəydi Bakıya 3 xalla dönə bilərdik. Bundan daha yaxşı oynamağa çalışacayıq”

– Amil Yunanov bu günə qədər ehtiyatda qalırdı. Bu oyun isə start heyətdə başladı.  Bu qərarınızdan peşman deyilsiniz ?

-Amil çox yaxşı oyunçudu. Bu gün ilk qolunu vurdu. Ancaq onu deyim ki, Klenon ötən turda qırmızı vərəqə aldığına görə onu bu gün ilk heyətdə meydana buraxdım. Biz komanda şəklində mübarizə aparırıq. Əlimizdəki olan yerli və xarici oyunçulardan maksimum istifadə etməliyik. Yerli oyunçulardan  Azər Salahlını misal göstərə bilərəm, heyətdə ən yaxşılardan biridir.

-“Qəbələ”dəki şərait barəsində nə deyə bilərsiniz ?

-Hər şey çox yaxşı idi. Hər şey beynəlxalq standartlara cavab verir. Çox mükəmməl meydan və baza var. Bütün futbolçular burada oynamaqdan həzz alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43