Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç yığma komandanı tərk etmək fikrində deyil.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı oyunçu 2024-cü il Avropa çempionatında çıxış etməyi planlaşdırır. Müdafiəçi Domaqoy Vida və yarımmüdafiəçi İvan Perişiç də heyətdə qalacaq.
Modriç 2006-cı ildə Xorvatiya millisində debüt edib. Ümumilikdə o, millinin heyətində 166 oyun keçirib, 24 qol vurub və 27 məhsuldar ötürmə edib.

