04 İyun 2026
Dünya futbolu

Modriç “Real”la iki həftəlik yeni müqavilə imzalaya bilər 

Modriç “Real”la iki həftəlik yeni müqavilə imzalaya bilər 

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 39 yaşlı yarımmüdafiəçi ilə Klublararası Dünya Çempionatı üçün qısamüddətli razılıq əldə etməyi planlaşdırır. Xorvatiyalı oyunçunun hazırkı müqaviləsi iyunun sonunda başa çatır.

FIFA-nın tövsiyəsinə əsasən, “Real” eyni şərtlərlə Lukas Vaskeslə də yeni müqavilə imzalamağı düşünür.

Dünya çempionatından sonra hər iki futbolçunun gələcək taleyinə aydınlıq gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43