15 İyul 2026
Dünya futbolu

“Barselona” bu xəbərə sevinir

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado zədədən sonra komanda ilə məşqlərə qayıdıb.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı ispaniyalı mart ayında sıradan çıxmışdı. Onun üçün mövsümün erkən bitdiyi açıqlanmışdı. Lakin indi yarımmüdafiəçinin bir neçə oyunda iştirak etmək şansı yaranıb.

Bu mövsüm Kasado bütün turnirlərdə 36 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43