Dünya futbolu

Mourinyo Premyer Liqaya qayıtmaq istəyir

Portuqaliyalı baş məşqçi Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az “Daily Mail”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Roma”nın transfer büdcəsindən narazıdır. O, rəhbərliyin heyəti gücləndirmək niyyətində olmadığını düşünür.

Mənbə Jozenin Premyer Liqa təmsilçisi “Çelsi”yə qayıtmaq istədiyini iddia edib.

Ötən mövsüm paytaxt klubu ilə Konfrans Liqasını qazanan 60 yaşlı çalışdırıcının komandası ilə müqaviləsi gələn mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43