İdman

Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV tur çərçivəsində “Murov” – “Azərreyl” və UNEC – “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00-da və 18:00-da start götürəcək.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43