Dünya futbolu

Yusuf Laval Portuqaliya klubu ilə müqavilə imzalayıb

“Neftçi”dən ayrılan nigeriyalı futbolçu Yusuf Lavalın Portuqaliyanın “Arouka” ilə müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu yeni klubuyla ilə 3,5 illik sözləşmə imzalayıb.  O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Yusuf Laval “Neftçi”yə 2020-ci ilin yayında Belçika “Lokeren”indən keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43