Dünya futbolu

Mourinyonun istədiyi 4 futbolçu

Jozenin siyahısı.

İngiltərə mətbuatının yaydığı xəbərə görə, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo heyətini gücləndirmək üçün rəhbərlikdən 4 oyunçu transfer etməsini istəyib. Bunlar  İvan Perisiç, Andre Rebiç, Sergey Milinkoviç və Nikola Milinkoviçdir. Portuqaliyalı mütəxəssis hücumda problemləri həll etmək üçün xorvatiyalı oyunçuları heyətə cəlb etməyi düşünür.

Digər tərəfdən “Qırmızı şeytanlar”ın qapıçısı David De Heanın komandadan ayrılacağı barədə söz-söhbətlər dolaşır. Xəbərdə ispaniyalı qolkiperin Fransaya yollanacağı,  PSJ klubunun oyunçu üçün Mançeter təmsilçisinə təklif verməyə hazırlaşdığı da qeyd edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43