15 İyun 2026
Ölkə futbolu

“Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik”

“Turan Tovuz” Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik. 

 “Kəpəz”dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?

– Həmin oyunu komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.

 “Turan Tovuz”un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdırHəmin oyuna baxacaqsız?

– Bəli, Azərbaycanda olacam, oyuna baxacam.

ArazNaxçıvan”  “Turan Tovuz”dan milliyə heç kim dəvət olunmayıbBuna münasibətiniz necədir?

– Bu, millinin baş məşqçisinin qərarıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43