Kateqoriyasız

Mübariz Mənsimov və Didye Droqba Türkiyədə səs saldı

"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə mükafata layiq görülüb.

İdmanxeber.com-un məlumatına görə, Mənsimov "GQ Men of the Year" (ilin adamı) jurnalının keçirdiyi sorğu əsasında ən uğurlu iş adamı seçilib.

Cənub klubunun fəxri prezidenti dekabrın 11-də "İstanbul Four Seasons' oteldə keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək.

Bu dərgi dünyanın bir çox ölkələrində 18 ildir ki, keçirilir.

Qeyd edək ki, ilin yekunları ilə bağlı verilən mükafatlandırma mərasimi təkcə bu nominasiyalar üzrə keçirilmir. Belə ki, ilin ən yaxşı futbolçusu, müğənnisi, stilisti, ilin aktyoru və s.. nominasiyalarda qaliblər müəyyənləşir. Bu arada ilin ən yaxşı futbolçusu "Qalatasaray"dan Didye Droqba seçilib.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43