02 İyul 2026
Ölkə futbolu

Murad Musayev Rusiya klubuna “yox” dedi

Rusiya Premyer Liqası təmsilçisi “Axmat” “Sabah”ın baş məşqçisi Murad Musayevə təklif göndərib.

İdmanxeber.az “Championat.com” saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis sözügedən təklifi qəbul etməyib. Baş məşqçi “RB Sport” nəşrinə açıqlamasında “Axmat”ın təklifi ilə bağlı sualı belə cavablandırıb:

“Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrında “Sabah”a keçib və klubla 2 illik müqavilə imzalayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43