“Qalatasaray” 2022-23 mövsümündə Türkiyə Super Liqasında çempion olub.
İdmanxeber.az-ın məlumatına görə, komandanın qapıçısı Fernando Muslera Türkiyədə 6-cı dəfə bu ada layiq görülüb. O, bununla hazırda “Beşiktaş”ın baş məşqçisi olan sabiq qapıçı Şenol Günəşin uğuruna şərik olub.
Uruqvaylı qapıçı 2011/12, 2012/13, 2014/15, 2017/18, 2018/19-cu illərdə “sarıq-qırmızılar”la çempionluq yaşayıb.
Uzun illər “Trabzonspor”da çıxış edən Güneşin də oyunçu kimi eyni sayda çempionluğu var.

