Ölkə futbolu

Mustafa Dənizlinin Mahir Şükürova etdiyi yaxşılıq

Mahir Şükürovun Türkiyənin "Karşıyaka" klubuna transfer olunması ilə bağlı sizə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, sən demə Mahir Şükürovun Türkiyə klubuna keçidində "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin də rolu az olmayıb. Cənub klubundan ayrılan türkiyəli mütəxəssis Şükürovu "Neftçi"də oynayarkən izləyib və onu bəyənib.

Dənizli "Karşıyaka"nın baş məşqçisi Yusif Şimşəyə zəng edərək müdafiəçi haqda ona məlumat verib.

Dənizli bildirib ki, "Xəzər Lənkəran"da qalsaydı, müdafiəçini özü transfer edəcəkdi. Məhz bundan sonra "Karşıyaka" Azərbaycan millisinin futbolçusu ilə danışıqlara başlayıb və sonuc müsbət yekunlaşıb. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43