04 İyun 2026
Ölkə futbolu

Mutunun addımından narazıdı, 1 ay içində qərar verəcək

“Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkən Azər Salahlı gələcək karyerası ilə bağlı narahatlığa son qoymağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu məşqçilər korpusunun növbəti turdakı qərarları ilə komandada qalıb-qalmayacağı fikrini qətiləşdirəcək. Daha çox oynamaq istədiyini bildirən Salahlının bu mesajı məşqçilər korpusuna çatıb. Əgər ilin sonuna kimi əsas heyətdə ona şans verilsə, Azər yenidən “Neftçi”dən ayrılmaq fikrindən uzaqlaşacaq.

Sol cinah müdafiəçinin xidmətində “Araz Naxçıvan” maraqlıdı. Naxçıvan klubunun futbolçu ilə şifahi danışığı da olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43