04 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” “Fənər”in futbolçusunu istəyir

“Mançester Yunayted” “Fənərbağça”nın yarımmüdafiəçisi Sebastyan Şimanski ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, “Qırmızı şeytanlar” qış ​​transfer pəncərəsində 24 yaşlı polşalını almağa cəhd edə bilər. Şimanski bu yaydan “Fənərbağça”da çıxış edir.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 22 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43