“Çelsi” Xviça Kvaratsxeliya ilə maraqlanan klublar arasına qoşulub.
İdmanxeber.az-ın məlumatına görə, ”Bavariya”da gürcü vingerlə maraqlanan klublardan biridir. Xviça 2022-ci ildən bəri “Napoli”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 15 oyuna 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə 22 yaşlı vingerin dəyəri 85 milyon avrodur.

