Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilirir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Namiq Ələsgərovun şərəfini qoruduğu “Bursaspor” öz meydanında “Manisa” ilə qarşılaşıb. Matç heç-heçə yekunlaşıb – 1-1.
Bursa klubunun yeganə qolunu Namiq vurub. 26 yaşlı futbolçu 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib.
Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur “Denizlispor”la oyunda (3:1) da fərqlənmişdi
Xalını 18-ə çatdıran “Bursaspor” 14-cü pillədə qərarlaşıb.